Bank Of Baku

Şuşa Dövlət Dram Teatrı Bərdə və Ağcabədi rayonlarından qastrol səfərindən qayıdıb

Şuşa Dövlət Dram Teatrı Bərdə və Ağcabədi rayonlarından qastrol səfərindən qayıdıb
# 28 iyun 2013 15:59 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Şuşa Dövlət Dram Teatrı Bərdə və Ağcabədi rayonlarından qastrol səfərindən qayıdıb. Bu barədə APA-ya teatrın direktor müavini Azad Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, qastrol səfəri Milli Ordunun yaranmasının 95 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə həyata keçirilib: “Səfər çərçivəsində Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşasını nümayiş etdirdik”.

 

Tamaşanın musiqi tərtibatçısının özü olduğunu deyən A.Məmmədov quruluşçu rejissorun Nadir Rüstəmov, quruluşçu rəssamın isə Valeh Məmmədov olduğunu vurğulayıb: “Tamaşada rolları əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, İqrar Salahov, aktyorlar Püstəxanım Muradova, Nazir Rüstəmov və başqaları ifa etdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR