Bakı. Turan Şakir – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 15-də teatr mövsümünü bağlayacaq. Bu barədə APA-ya teatrın direktoru Azad Məmmədov məlumat verib. Onun sözlərinə görə, teatr mövsümü Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə bağlayacaq.
Quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Azad Məmmədov olan tamaşada rolları əməkdar artistlər İqrar Salamov, Şükufə Musayeva, aktyorlar Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Azad Məmmədov və başqaları ifa edəcək.