Bank Of Baku

Aktyor Eynəli Nurullayev vəfat edib - FOTO

Aktyor Eynəli Nurullayev vəfat edib - <span style="color: red;">FOTO
# 09 iyul 2014 18:31 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, aktyor  bu gün doğulduğu Darquba kəndində dəfn olunub.

 

E.Nurullayev 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-73-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib.  1973-cü ildən  ömrünün sonuna kimi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb.     

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR