Bank Of Baku

Tarzən Gülağa Zeynalov dünyasını dəyişib

Tarzən Gülağa Zeynalov dünyasını dəyişib
# 03 yanvar 2015 09:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib. Tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

 

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

 

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

 

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR