Bank Of Baku

Telli Pənahqızının 60 illik yubileyi və yaradıcılıq gecəsi keçiriləcək

Telli Pənahqızının 60 illik yubileyi və yaradıcılıq gecəsi keçiriləcək
# 22 may 2014 16:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Musiqili Teatrının ədəbi dram hissə rəhbəri, jurnalist Telli Pənahqızını təbrik edərək mükafatlandırıb.

 

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 30-da Gənc Tamaşaçılar Teatrında T. Pənahqızının 60 illik yubileyi və yaradıcılıq gecəsi keçiriləcək.

 

Telli Pənahqızı əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrində çalışıb. 

 

Bədii yaradıcılığa tələbəlik illərindən başlayan Telli Pənahqızının dövrü mətbuatda şeirləri, oçerk və hekayələri də dərc olunub. Müəllifin müxtəlif illərdə “Ömrün qoşa izləri”, “Tanrımla söhbət”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Səsində ay işığı var”, “Uzun incə bir yol varmış” əsərləri  nəşr edilib. 

 

T. Pənahqızı 2006-cı ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR