Bank Of Baku

Tiflisdə “Eşqin Tikan Dairəsi” tamaşasının premyerası keçirilib - FOTOSESSİYA

Tiflisdə “Eşqin Tikan Dairəsi” tamaşasının premyerası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyul 2013 01:04 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdəki K. Marcanişvili adına teatrın səhnəsində  "Eşqin Tikan Dairəsi" tamaşasının premyerası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanın premyerasını Heydər Əliyev adına Tiflis Azərbaycan Dram Teatrının rəhbəri Qoça Kapanadze açaraq, müəllifi İftixar Piriyev olan dram əsərinin fəlsəfi və düşündürücü bir əsər olduğunu, tamaşaçıların rəğbətini qazanacağını vurğulayıb. Tamaşaçıları alqışlayan "Eşqin Tikan Dairəsi tamaşasının müəllifi İftixar Piriyev əsərin premyerasına baxmağa gələn tamaşaçılara və əsər üzərində çalışan teatr kollektivinə minnətdarlığını bildirib.

 

"Eşqin Tikan Dairəsi" tamaşasının premyerası uğurla keçib. Tamaşaçılar rollarda oynayan Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının gənc aktyorları Aslan Məmmədov, Marianna Məmmədova və Turqay Vəlizadəni dəfələrlə alqışlayıblar. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Turqay Vəlizadə, rəssamı Dimitri Srorişev, məsləhətçi Azərbaycanın əməkdar mədəniyyət işçisi Qoça Kapanadzedir.

 

Tamaşanın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev APA-ya açıqlamasında əsərdə verilən iki nəfər korun dünya işığına həsrət qalan insanların görmə qabiliyyəti uğrunda apardıqları mənəvi mübarizənin tamaşaçıların xoşuna gəldiyini bildirib: “İnsanlar var görmürlər, lakin onların mənəviyyatı təmizdir. İnsanlar var görür, lakin daxili aləmləri təmiz deyil. Əsərin qəhrəmanları işığa həsrət qalan insanları işığa qovuşdurmağa çalışırlar və bu onların amalı olur. Mən çox məmnunam ki, bu gün bu əsər Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının istedadlı aktyorları tərəfindən oynanılıb. Bu teatr burada yaşayan azərbaycanlıların mənəvi məkanıdır. Qeyd edim ki, mən 1999-2000-ci illərdə bu teatrın bərpa direktoru olmuşam. Bu teatr ulu öndər Heydər Əliyevin qayğısı və dəstəyi ilə yenidən bərpa olub, fəaliyyətə başladı. Düşünürəm ki, bu teatr Gürcüstanda Azərbaycanla mədəni əlaqələrin daha da möhkəmlənməsinə yeni-yeni töhfələr bəxş edəcək”.

 

“Eşqin Tikan Dairəsi” əsərinin quruluşçu rejissoru Turqay Vəlizadə jurnalistlərə açıqlamasında əsər üzərində iki ay çalışdıqlarını və bu onun quruluşunu verdiyi dördüncü əsər olduğunu bildirib. “Biz bu əsər üzərində iki ay çalışmışıq. Teatrımızın istedadlı aktyorlarımız var və biz gələcəkdə Tiflisdəki teatrımızın səhnəsində daha çox əsərlər oynamağı planlaşdırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR