Bank Of Baku

Türkiyədə xalq artisti Firəngiz Əlizadənin müəllif-konserti olub

Türkiyədə xalq artisti Firəngiz Əlizadənin müəllif-konserti olub
# 09 fevral 2015 14:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə  Adana Böyük Şəhər Bələdiyyə Konsert Salonunda xalq artisti Firəngiz Əlizadənin müəllif-konserti olub.

 

Bəstəkarlar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova Dövlət Simfonik Orkestrinin iştirakı ilə “Türk-Azeri dostluq konseri” şüarı altında keçən konsertdə bəstəkarın “Metamorfoz” əsəri, həmçinin “İntizar” operasından parçalar səsləndirilib.

 

Operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova, Tolqa Erden ifa edib.

 

Qeyd edək ki, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR