Bank Of Baku

Uşaqları Beynəlxalq Müdafiə Günündə Filarmoniya bağında bayram tədbiri olacaq

Uşaqları Beynəlxalq Müdafiə Günündə Filarmoniya bağında bayram tədbiri olacaq
# 25 may 2013 08:59 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə iyunun 1-də Filarmoniya bağında bayram tədbiri keçiriləcək.

 

İdarədən APA-ya verilən məlumata görə, tədbirdə respublikanın, eləcə də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri və uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə çıxış edəcək.

 

Bayram tədbirində uşaqlar üçün Bakı Estrada və Bakı Uşaq Teatrlarının kollektivlərinin tamaşaları nümayiş olunacaq, uşaq kitablarından və əl işlərindən ibarət sərgi-yarmarka təşkil ediləcək. Tədbirdə, həmçinin 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda festivalın qaliblərinin təqdimat mərasimi və iştirakçıların əl işlərinin nümayişi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR