Bank Of Baku

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Qaxda konsert verib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Qaxda konsert verib
# 02 avqust 2013 07:05 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olub.

 

APA-nın məlumatına görə, konsert Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib.

 

Konsertin qonaqları arasında V Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, festivalın iştirakçısı, pianoçu Oksana Yablonskaya və digər tanınmış musiqiçilər olub.

 

Konsertdən əvvəl xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məlumat verib, festival çərçivəsində konsertlərdən birinin artıq ikinci ildir ki, Qax rayonunda keçirilməsindən böyük şərəf duyduğunu bildirib.

 

Konsertdə Müslüm Maqomayevin “Azərbaycan”, Soltan Hacıbəyovun “Skerso”, Fikrət Əmirovun “Nizami simfoniyası”, Niyazinin “Arzu”, E.Qriqin “Holberq dövründən” süitası, Ernesto de Kurtisin “Sorentoya qayıt” və digər əsərlər, habelə Azərbaycan xalq mahnıları ifa olunub. Konsertin solistləri isə Məhərrəm Hüseynli, Azər Rza, Afaq Abbasova və Nigar Şabanova olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR