Bank Of Baku

Üzeyir Hacıbəylinin mənzil-muzeyində “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi” mövzusunda konfrans keçirilib

Üzeyir Hacıbəylinin mənzil-muzeyində “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi” mövzusunda konfrans keçirilib
# 15 iyun 2013 18:30 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Üzeyir Hacıbəylinin mənzil-muzeyində “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi” mövzusunda konfrans keçirilib. Bu barədə APA-ya muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova məlumat verilib. Onun sözlərinə görə, konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistri Nuran Atamoğlanovanın “Üzeyir Hacıbəylinin kamera və instrumental yaradıcılığı”, muzeyin əməkdaşı Təranə Həsənovanın “Azərbaycan Xalq Cümhuriyyəti və Hacıbəyov qardaşları”, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Gülay Ramazanovanın " Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti" adlı məruzələri dinlənilib.

 

Tədbirin sonunda ölməz bəstəkara həsr olunmuş "Əbədi iftixarımız" adlı film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR