Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahova Rusiya dövlət mükafatını təqdim edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Kremlin Georgiyevsk zalında 2012-ci il üçün Rusiya Dövlət Mükafatının təqdimat mərasimi keçirilib. V. Putin dövlət mükafatına layiq görülən şəxsləri təltif edib.
Tahir Salahov Rusiyada təsviri incəsənətin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb. Dövlət mükafatının məbləği 5 milyon rubl təşkil edir.
Qeyd edək ki, kino sahəsində göstərdiyi xidmətlərə görə “Mosfilm”in direktoru Karen Şahnazarov, ədəbiyyat sahəsində göstərdiyi xidmətlərə görə isə Sergey Miroşniçenko dövlət mükafatına layiq görülüblər.