Bakı. Xanım Nağıyeva – APA. İtaliyanın Pezaro şəhərində "Çitta di Pesaro" X Beynəlxaq Musiqi Müsabiqəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə Azərbaycanı gənc vokalçı, Azərbaycan Dövlət Filarmoniyasının Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solisti İlham Nəzərov təmsil edib.
İtaliya, İspaniya, Rusiya, Ukrayna, Yaponiya, Koreya, Türkiyə, Çin və digər ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə həmyerlimiz 100 ballıq qiymətləndirmə sisteminə əsasən maksimal 100 bal toplayaraq I yerə layiq görülüb və müsabiqənin laureatı olub.
Qeyd edək ki, İlham Nəzərov prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D'Arte Lirica Akademiyasında təhsil alır.