Bank Of Baku

Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb - FOTOSESSİYA

Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2013 07:01 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

 

Tədbirdə çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzeyin “Bakıya uçuş” sərgisini qəbul etməkdən şad olduğunu bildirib.

 

L. Əliyeva mərasimdə çıxış edib.

 

Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan L. Əliyeva bildirib ki, müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranıb, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub, Şərqdə ilk opera bizim ölkədə səhnələşdirilib.

 

“Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir” - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də Bakının bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulayıb.

 

L. Əliyeva “Baku” jurnalının fəaliyyətindən danışıb, bu jurnalın Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirib. O, sərginin əhəmiyyətini qeyd edərək deyib: “Əziz dostlar! Sənət, mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Bura rəsm əsərləri, video instalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Şübhəsiz burada, Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan biz çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir”.

 

Sərginin kuratoru Erve Mikaelof Avropanı gəzən bu sərginin Avstriya paytaxtında açılmasından məmnun olduğunu deyib, sərginin işinə uğurlar arzulayıb.

 

Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olub.

 

Sərgi mayın 26-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR