Bank Of Baku

Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi davam edir - FOTO

Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi davam edir - <span style="color: red;">FOTO
# 20 may 2013 09:12 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə layihəsi çərçivəsində mayın 14-dən Vyana İncəsənət Tarixi muzeyində açılışı olan “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi böyük maraqla qarşılanıb.

 

APA-nın məlumatına görə, bu günlər yerli sakinlər və turistlər Vyanada Azərbaycan incəsənətinin təqdim olunduğu sərgi ilə yaxından tanış olmaq imkanı qazanıb. Sərginin Vyana küçələri və ictimai nəqliyyatındakı bannerləri şəhər əhalisi arasında bu layihə barədə geniş tanıtım imkanı yaradıb. Sosial şəbəkələrdə layihənin şəhərdəki bannerlərinin fotoları paylaşılıb.

 

Mayın 26-dək davam edəcək sərgidə Altay Sadıxzadənin, Leyla Əliyevanın, Müseyib Əmirovun, Adil Yusifin, Zərnişan Yusifin, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və digərlərinin əsərləri nümayiş olunur. Sərgidəki əsərlərdə incəsənətin, dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir.

 

Bu günədək Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil edilən “Bakıya uçuş”  sərgisi Azərbaycanın müasir incəsənət nümunələrinin, istedadlı rəssamlarının öz əsərlərini dünyaya nümayiş etdirmək imkanı verir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR