Bank Of Baku

Xalq artisti İlhamə Quliyeva hərbçilər qarşısında çıxış edib - FOTO

Xalq artisti İlhamə Quliyeva hərbçilər qarşısında çıxış edib - <span style="color: red;">FOTO
# 05 noyabr 2014 11:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA.  Xalq artisti İlhamə Quliyeva düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçular qarşısında “Səni tərənnüm edirəm, Azərbaycan əsgəri” adı altında canlı konsert proqramı ilə çıxış edib.

 

APA-nın məlumatına görə, konsert Silahlı Qüvvələrin Şəmkir korpusunda Heydər Əliyev Mərkəzinin nəzdindəki “Əsgər” konsert salonunda baş tutub.

 

İ. Quliyeva bildirib ki, konsert onun şəxsi təşəbbüsü əsasında keçirilib: “Konsert uğurla başa çatıb. Fürsətdən istifadə edib, mənim təşəbbüsümü qiymətləndirən müdafiə naziri, general-polkovnik Zakir Həsənova, korpus komandiri, Milli qəhrəman, general-leytenant Rövşən Əkbərova təşəkkürümü bildirirəm. Bir daha əmin oldum ki, ordumuz yenilməzdir”.

 

İ. Quliyeva əsgərlər qarşısında yenə də  çıxış edəcəyini deyib: “Növbəti səfərim isə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində baş tutacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR