Bakı. Cavid Zeynalov - APA. İyulun 2-də iflic keçirmiş xalq artisti Ramiz Əzizbəyli iki həftədir Klinik Tibbi Mərkəzdə müalicə alır.
APA-ya məlumat verən aktyor bildirib ki, səhhətində yaxşılığa doğru müəyyən irəliləyişlər olsa da, hələlik özünü tam yaxşı hiss etmir: “Həkim nəzarətindəyəm, xəstəxanadan nə vaxt çıxacağımı bilmirəm. Üzü yaxşılığa doğru irəliləyiş var, amma tam düzəlməmişəm. Xəstəxanada adam darıxır, amma dost-tanış sağ olsun, maraqlanırlar, qoymurlar özümü tək hiss eləyim. Ehtiyac olanda, müalicə xərclərinə də kömək edirlər. Hələ ki, burdayam, nə vaxt evə çıxacağımı həkim bilər”.