Bank Of Baku

Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub

Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub
# 27 may 2014 09:16 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Filarmoniyadan APA-ya verilən məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova bildirib ki, Ramiz Zöhrabov Azərbaycan musiqi elmində özünəməxsus yer tutur: “O, bəstəkarların yaradıcılığına həsr olunmuş 24 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifidir.  Ramiz Zöhrabovun tədqiqat əsərləri Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb”.

 

Tədbirdə musiqiçilər bəstəkarın əsərlərindən nümunələr səsləndiriblər.

 

Qeyd edək ki, Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Ərdəbildə anadan olub. Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiridir. Kamança və piano üçün "Monoloq", Xalq çalğı alətləri orkestri üçün "Laylay", "Ərdəbil lövhələri" süitası və s. əsərlərin müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR