Bəstəkarın bacısı Rəfiqə Axundovanın APA-ya verdiyi məlumata görə, vida mərasiminin yeri hələlik məlum deyil: “Vida mərasiminin keçiriləcəyi yer haqqında bizə heç nə deyilməyib. Xəstəxanadayıq, xəbəri eşidən insanlar bura gəlirlər. Şəfiqə xanımın harda dəfn olanacağını, vida mərasiminin harda olacağını hələlik bilmirik. Cənazəni evinə aparandan sonra, bu gün evində vida mərasimi təşkil olunacaq. Sabah təyin olunan məkanda təntənəli vida mərasimi keçiriləcək”.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk dəfə opera yazmış qadın bəstəkardır.
Allah rəhmət eləsin!