Bank Of Baku

Xalq artisti Siyavuş Aslan sabah xəstəxanadan evə buraxılacaq

Xalq artisti Siyavuş Aslan sabah xəstəxanadan evə buraxılacaq
# 11 iyun 2013 11:37 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycanın xalq artisti Siyavuş Aslan sabah xəstəxanadan evə buraxılacaq. Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin nevrologiya şöbəsinin müdiri Lalə Tağızadə məlumat verib. Onun sözlərinə görə, müalicəsini başa vuran aktyorun vəziyyəti qənaətbəxşdir: “Bir kurs müalicəsini bitib. Həkim nəzarətində olmaq şərti ilə evdə müalicə olunmasına qərar vermişik. Əgər səhhətində ağır bir dəyişiklik olmazsa, sabah səhər saatlarında evə buraxılacaq”.

 

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti 2011-ci ilin avqust ayında işemik insult keçirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR