Bank Of Baku

Xalq artisti Siyavuş Aslanın səhhəti orta-ağır olaraq qalır

Xalq artisti Siyavuş Aslanın səhhəti orta-ağır olaraq qalır
# 03 iyun 2013 09:25 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti orta-ağır olaraq qalır. Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib.

Onun sözlərinə görə, iki gün öncə S. Aslanın qanında şəkərin miqdarı qalxdığından vəziyyəti pisləşib: “Tibbi yardımdan sonra yenidən vəziyyəti stabilləşdi. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir və hələ ki, həftənin sonuna kimi xəstəxana şəraitində müalicə olunması nəzərdə tutulub”.

 

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti 2011-ci ilin avqust ayında işemik insult keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR