Bank Of Baku

Xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi qeyd olunacaq

Xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi qeyd olunacaq
# 22 aprel 2014 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 23-də Heydər Əliyev Sarayında xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, gecədə Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin estrada-simfonik orkestri, tanınmış ifaçılar, musiqiçilər iştirak edəcəklər.

 

Yubiley tədbirində sənətkara həsr olunmuş videokadrlar nümayiş etdiriləcək, sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış foto-sərgi nümayiş olunacaq.

 

Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən T.Əhmədovun 90 illik yubileyi bir sıra musiqi və incəsənət məktəblərində də silsilə şəkildə qeyd olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR