Bakı. Cavid Zeynalov - APA. Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış kinorejissor, xalq artisti Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tanınmış elm və incəsənət xadimlərinin, xarici qonaqların iştirak edəcəyi tədbirdə sənət adamlarının rejissor haqqında fikirləri dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq.
Qeyd edək ki, ötən əsrin 50-ci illərində sənətə gələn Tofiq İsmayılov sonrakı illər ərzində teatr, kino, radio və televiziya sahələrində fəaliyyət göstərib. 1971-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində çalışıb.
T. İsmayılov hazırda Mədəniyyət və İncəsənət Universitetinin professorudur.