Bank Of Baku

Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı yunan dilində çap olunub

Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı yunan dilində çap olunub
# 02 mart 2015 13:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı “Təhminə” adı ilə yunan dilində çap olunub.

 

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Afinanın “Qavrilidis” nəşriyyatı tərəfindən min tirajla buraxılan kitabı yunan dilinə Yelena Rapti çevirib.

 

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev kitaba yazdığı ön sözdə qeyd edib ki, “Təhminə” yunan dilinə çevrilən ilk Azərbaycan romanıdır.

 

Afinanın “İonas” kitab evində romanın təqdimat mərasimi keçirilib. Yunan teatr və kino aktrisası Katerina Lexu romandan parçalar ifa edib, vokal ifaçısı Aytac Şıxəlizadə pianoçu Nərgiz Ağayevanın müşayiəti ilə romanda haqqında danışılan “Küçələrə su səpmişəm” xalq mahnısını, Tofiq Quliyevin nəğmələrini və “Karmen” operasından ariyaları ifa edib.

 

Xalq yazıçısı Anar mərasim iştirakçıları üçün kitablarını imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR