Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan müğənni Xədicə Abbasova deyib.
Müğənni həmin dövrlərdə çox çətinliklərlə üzləşdiyini bildirir: “1982-ci ildə Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarmışdı. Emin Sabitoğlunun xalq artisti olub-olmamağının fərqi yoxdur, onsuz da o xalqın adamı idi. Sonra da uzun illər Türkiyədə fəaliyyət göstərdik. Bəlkə də Emin müəllimin vəfatından sonra gəlib burada çalışsaydım, o fəxri adları alardım. Amma buna ehtiyac duymadım. Buna baxmayaraq, mənə prezidentimiz tərəfindən ev verildi. Məncə, bu, mənə verilən ən böyük addır”.
Sovetlər dövründə ortaya qoyulan prinsiplər Xədicə Abbasova ilə Emin Sabitoğlunun münasibətinə xələl gətirə bilməyib. Bunu Xədicə xanım özü də etiraf edir: “Mən Eminin ikinci xanımı idim. O vaxt partiya prinsipinə görə evliliyə son vermək, ikinci dəfə ailə qurmaq əxlaqi normalardan uzaq idi. İndi belə deyil. Düzdür, illər sonra heç kəs bizi qınamadı, çünki gerçək sevgini anladılar”.
Müğənni Emin Sabitoğlu ilə tanışlığını belə xatırlayır: “10 yaşımdan baletə, musiqi dərnəklərinə, teatra gedirdim. Məni ən çox musiqi cəlb edirdi. Bir gün Şövkət xanımın ifasında “Dərələr” mahnısını eşitdim, sanki musiqinin sehrinə düşdüm. Maraqlandım, dedilər, Emin Sabitoğlunun musiqisidir, o vaxtdan bu ad yaddaşıma həkk olundu. Onun bütün musiqilərini əzbərlədim. Hamı deyirdi ki, bu qız Emin Sabitoğlu deyə-deyə dəli olacaq. Özfəaliyyət dərnəyində onun mahnılarını oxumağa başladım. Sonra Moskvada festivalda birinci yeri tutdum və Rəşid Behbudov məni teatrına dəvət etdi. Teatrda musiqili tamaşa hazırlayırdıq, dedilər ki, musiqini Emin Sabitoğlu bəstələyəcək. O gecə həyəcandan yatmadım ki, sabah Emin Sabitoğlunu görəcəyəm. Səhər gəldi, orta boylu, saçları dağınıq... Rəşid Behbudov bizi tanış elədi. Dedi ki, bu bizim yeni müğənnidir - Xədicə. Emin baxdı, dedi ki, bu heç müğənniyə oxşamır, qara-qura qızdır. Şok oldum. Bizim ilk görüşümüz belə oldu. Beş il sonra, 1979-cu ildə Stokholmda keçirilən tədbirdən qayıtmışdıq. Mən artıq tanınmış müğənni idim, ziyafətdə hamı mənimlə tanış olmağa cəhd edirdi. Bir də gördüm ki, Emin Sabitoğlu mənə tərəf gəlir. Yaxınlaşıb özünü elə apardı ki, yəni biz tanışıq, birlikdə işləmişik. Mən də dedim, siz kimsiniz? Hamı təəccüblə baxdı ki, necə yəni, Emin Sabitoğlunu tanımırsan? Dedim, hə, siz mənə qara-qura deyən Emin Sabitoğlusunuz. Güldü, dedi - 1-1”.
Xədicə xanımla Emin Sabitoğlu daha sonra birlikdə işləməyə başlayırlar: “Sonra Gülarə Əliyeva məni “Dan ulduzu”na dəvət etdi və Eminlə mənə iki mahnı verdilər. “Güllər” və “Payız gəldi” mahnılarını”.
Xədicə Abbasova Emin Sabitoğlu ilə evliliyi barədə belə deyir: “Emin müəllimi tanıyaraq sevmişəm, o insan dərya idi. Mən təhsilli, savadlı xanım idim, adi adamla ailə qura bilməzdim. Özünə baxan deyildi, mən ona layiq olduğu diqqəti göstərdim. Anam mənə ev xörəyi qoyurdu, çağırırdım ki, Emin müəllim, gəlin yeyək, ev yeməyidir. Beləcə, o, alışmadığı qayğını gördü. Mən ona yaxşı baxırdım, corabını da özüm geyindirirdim. Yaradıcı adam belədir, mən ona uşağım kimi baxdım. 50 illik yubileyində onu görən deyirdi ki, bu, Xədicənin diqqətidir. Özüm də bilmədən onu özümə aşiq etdim. Aramızda 20 yaş fərq vardı. Kirayədə yaşadıq, illər sonra ev aldıq, keçmiş xanımı evi bölmək istədi. Amma mən razı olmadım, çünki uşaqları vardı. Emin rəhmətə getdi, ondan mənə miras bir royalı qaldı, bir də adı”.
Xədicə xanım deyir ki, Emin Sabitoğlu qısqandığına görə, uzun saçlarını kəsməyə məcbur qalıb: “Məni çox qısqanırdı. Sonra yenidən uzatdım saçlarımı. Mənə yazdığı bütün mahnıları sevgimizə həsr etmişdi. Son vaxtlar Paşa Qəlbinurun sözlərinə bir mahnı yazdı və mənə dedi ki, mən həyatda olmayanda bu mahnını Azərbaycana ithaf edərək oxuyarsan. Sözləri belə idi: “Mən sizə gələcəyəm, vallah gələcəyəm”. Dedim, birlikdə oxuyarıq, dedi, yox, sən oxuyacaqsan. Dedim, Allah gecindən versin, elə bir şey olsa, mən onu sənə ithaf edib oxuyaram, maestro. Xoşuna gəldi, gözləri doldu”.
Xədicə Abbasova o günləri xatırlayaraq kövrəlir: “Ondan sonra dinlədiyim mahnı budur: “Mən niyə baxıram yollara, niyə, sən ki, bu yollardan dönən deyilsən”. Noyabrın 2-də onun ad günü idi, Bakı mətbəxini qutabını, düşbərəsini hazırladım, oradakı azərbaycanlılar gəldilər bizə. Axşam hamı gedəndən sonra dedi ki, təzə mahnı yazmışam – “Əlvida, bu son gecə, salamat qal, Xədicə”. Əcələ niyə inanıram? Çünki noyabrın 17-nə bilet almışdım, o, dedi ki, mən ayın 12-də getmək istəyirəm. Mənə səsini yüksəltməyən insan əlini vurdu stola ki, mən gedirəm! Və gəldi Bakıya. Məni işdən buraxmadılar. 18-də gələcəkdim, mən gələnə kimi o keçinmişdi. Heç vaxt görüşmədiyi uzaq qohumları ilə də zəngləşib görüşmüşdü. Həmin gecə Anar gecə saat ikidə yuxuda görüb ki, Emin ölüb. Ona zəng eləyiblər və dəstəyi götürən kimi deyib ki, nə olub, Emin ölüb?”
Müğənni 13 ildir yalnız yaşadığını deyib: “2001-ci ildə bura qayıtmaq istədim, gəldim gördüm ki, arxamda Emin yoxdur, mən toya gedib pul qazana bilmərəm, geri qayıtdım. Xarici dili bilməyim köməyimə çatdı, özümə iş qurdum. Röyalını belə ehtiyac ucundan satmışdım. Müdafiə Nazirliyinin səhnəsinə satdım, orada durur. Bir gün xahiş edib geri alacağam. Xoşbəxtəm ki, Eminin adına ləkə gətirəcək bir iş görmədim. Öz zəhmətimlə işləyib qazanıram”.
Sonda müğənni planlarını açıqlayıb: “Emin müəllimin yarıda qalmış əsərlərini tamamlayacağam. “Bu gecə” adlı bir klub açıb, Bakıda Emini xatırladacağam. Röyalı da orada olacaq. Mən hələ Eminlə yaşamağa davam edirəm”.
Xədicə Abbasova: “Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti...”
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kiprdə 3 günlük milli matəm elan edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Oman sahillərində daha bir tanker mərmi atəşinə məruz qalıb
Türkiyədə 30 Avqust Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edilib
Putin Aİ-yə üzvlüklə bağlı referendum məsələsində Rusiyanın mövqeyini Paşinyana açıqlayacaq
Peskov: Putin-Tramp-Zelenski sammiti yalnız danışıqların sonunda keçirilə bilər
Hakan Fidan İstanbulda İshaq Dar ilə görüşüb
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır