Bank Of Baku

YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi sərginin açılışından videoçarx yayımlanıb - VİDEO

YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi sərginin açılışından videoçarx yayımlanıb - <span style="color: red;">VİDEO
# 16 may 2015 16:26 (UTC +04:00)

Bakı-APA. 56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin açılışından videoçarx yayımlanıb.

 

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Məlumata görə, “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

 

Sərgi YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub.

 

Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

 

Sərginin açılışından videoçarx təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR