Bank Of Baku

Yuğ Teatrında “Yad. Daş” adlı tamaşanın premyerası olacaq

Yuğ Teatrında “Yad. Daş” adlı tamaşanın premyerası olacaq
# 13 mart 2014 08:55 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Martın 15-də Dövlət Yuğ Teatrında “Yad. Daş” adlı tamaşanın premyerası olacaq.

 

APA-nın məlumatına görə, bir hissədən ibarət olan tamaşanın rejissoru Yuğ Teatrının direktoru Tərlan Engindir.

 

Gənc yazar Ülviyyə Heydərovanın eyni adlı pyesi əsasında hazırlanan tamaşada teatrın gənc aktyorları Amid Qasımov, Könül Cəfərzadə, Emil Məlikov və Elgün Həmidov rol alıblar. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Ərtoğrul Kamalovdur.

 

Qeyd edək ki, tamaşa Ü.Heydərovanın teatrla ilk işidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR