Bank Of Baku

YUĞ Teatrında Vaqif İbrahimoğlunun xatirə tədbiri keçiriləcək

YUĞ Teatrında Vaqif İbrahimoğlunun xatirə tədbiri keçiriləcək
# 16 oktyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 18-də YUĞ Dövlət Teatrının yaradıcısı, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 65, YUĞ Dövlət Teatrının 25 yaşının tamam olması münasibəti ilə tədbir keçiriləcək.

 

Teatrdan APA-ya verilən məlumata görə, tədbirdə V.İbrahimoğlunun mətni əsasında hazırlanan “Audensiya” tamaşası nümayiş olunacaq.

 

1996-cı ildə Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşa bərpa olunub. Tamaşada teatrın aktyoru, əməkdar artisti Fərhad İsrafilov çıxış edir.

 

Teatrdan bildiriblər ki, tədbirdə rejissor Babək Şirinsifətin çəkdiyi “YUĞ” filmi də nümayiş olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR