Bakı. Turan Şakir – APA. İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə görkəmli xanəndə Zülfü Adıgözəlovun anadan olmasının 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. APA-nın məlumatına görə, yubiley gecəsində muğam ifaçısının həyat və yaradıcılığı haqqında danışılacaq, xanəndənin Azərbaycan milli radiosunun qızıl fondunda qorunub saxlanılan səs yazıları səsləndiriləcək.
Tədbir Azərbaycanın muğam ustalarının konserti ilə davam edəcək.