Bank Of Baku

Zülfüqar Hacıbəylinin 130 illiyinə həsr olunan tədbir keçirilib

Zülfüqar Hacıbəylinin 130 illiyinə həsr olunan tədbir keçirilib
# 23 aprel 2014 08:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 22-də Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdində Niyazinin ev muzeyində görkəmli Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəylinin 130 illiyinə həsr olunan tədbir keçirilib.

 

APA-nın məlumatına görə, ev muzeyinin direktoru Rza Bayramov bildirib ki, mənzil muzeyində xatirə tədbirlərinin, yubileylərin keçirilməsi ənənə halını alıb. O, qeyd edib ki, Zülfüqar Hacıbəyli Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafına misilsiz töhfə verən sənətkarlardandır.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığından söz açıb, Z. Hacıbəylinin Azərbaycan musiqisindəki yerindən danışıb: “Zülfüqar Hacıbəylinin yaradıcılıq yolu yarım əsrdən çox olan bir dövrü əhatə edir. O, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyli və onun silahdaşı – bəstəkar və dirijor Müslüm Maqomayevlə bərabər, milli musiqi mədəniyyətimizin intensiv inkişafı, onun xalq yaradıcılığından qaynaqlanması uğrunda mübarizə aparan teatr xadimləri pleyadasına aiddir”.

 

Xatirə tədbirində bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkil və sənədlərdən ibarət videoçarx nümayiş etdirilib, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli, əməkdar artist Elxan Mənsurov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Elnur Zeynalov və Vüsalə Musayeva Zülfüqar Hacıbəyli, Soltan Hacıbəyli və Niyazinin əsərləri səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR