"Total" Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatlarında aktiv iştirak etmək niyyətindədir

"Total" Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatlarında aktiv iştirak etmək niyyətindədir
# 05 iyun 2015 13:43 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda inkişafın ilk mərhələsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftə əsaslanıb.

"APA-Economics"in xəbərinə görə, bunu Fransanın "Total" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Denis Lemarşal bildirib.

D. Lemarşalın sözlərinə görə, Azərbaycanın qaza fokuslanması milli strategiya baxımından olduqca əhəmiyyətlidir. "Cənub Qaz Dəhlizinin həyata keçirilməsi həm siyasi, həm də texniki cəhətdən vacibdir. Bu, ölkənin inkişafına təsir edən amildir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, "Total" Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatlarında aktiv iştirak etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR