Avropa Məhkəməsi İranın 7 bankı və şirkətini sanksiyalardan azad edib

Avropa Məhkəməsi İranın 7 bankı və şirkətini sanksiyalardan azad edib
# 06 sentyabr 2013 16:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın 7 bankı və şirkəti sanksiyalardan azad edilib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, belə bir addımı Avropa Məhkəməsi atıb.

Məhkəmə İran Poçt Bankı, İran Sığorta Şirkəti, “Good Luck” Gəmiçilik Şirkəti, İran İxrac İnkişaf Bankı, Persiya Beynəlxalq Bankı, İran İşçilərin Məişət Bankı və İran Dəniz Qurğularının Tikintisi və Mühəndislik Şirkətinə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib. Avropa Məhkəməsi belə bir qərar qəbul etməsinə səbəb kimi həmin şirkət və bankların İranın nüvə proqramına yardım göstərməsi ilə bağlı heç bir dəlil olmamasını əsas gətirib.

Qeyd edək ki, Avropa Məhkəməsi bundan əvvəl İranın “Millət” və “Saderat” banklarını da sanksiyalardan azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR