DİN Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşın minaya düşməsi barədə məlumat yayıb

DİN Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşın minaya düşməsi barədə məlumat yayıb
# 15 yanvar 2014 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində mülki vətəndaşın minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də Tovuz rayonu Qaralar kəndinin ərazisində kənd sakini Hidayət Müseyibov mal-qara otararkən minalanmış sahəyə girib və partlayış baş verib.

Ayaq nahiyəsindən xəsarət alan H. Müseyibov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR