Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib

Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
# 03 may 2024 15:32 (UTC +04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə Moskvada görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, danışıqlar zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri müzakirə edilib.

Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.

Hökumətlərarası komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR