Bərdə taborunun komandiri, ehtiyatda olan polkovnik-leytenant Elçin Əliyev vəfat edib - FOTO

Bərdə taborunun komandiri, ehtiyatda olan polkovnik-leytenant Elçin Əliyev vəfat edib - <span style="color: red;">FOTO
# 24 fevral 2014 07:18 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini Kamil Şirinov məlumat verib.

Keçmiş döyüşçü ötən gün axşam dünyasını dəyişib. O, müharibə zamanı aldığı kontuziyadan uzun müddətdir, əziyyət çəkirmiş.

Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra E. Əliyev AVMVB Nəsimi rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü E. Əliyev ixtisaslı hərbçi olub. O, 1992-ci ildə Bərdə taborunu yaradaraq Ağdam, Tərtər, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR