Bahar Muradova: “Ukrayna böhranını tezliklə həll etmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik”

Bahar Muradova: “Ukrayna böhranını tezliklə həll etmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik”
# 01 iyul 2014 13:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasındakı plenar iclasında Ukrayna ilə bağlı qətnamənin müzakirəsi zamanı Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O təəssüflə qeyd edib ki, ötən gün ABŞ konqresmenlərinə bu gün plenar iclasda Dağlıq Qarabağ münaqişəsinin də müzakirəyə çıxarılması ilə bağlı fikir bildirilsə də, lakin bu gün buna rast gəlinmədi: “Amma buna baxmayaraq, biz ümid edirik ki, növbəti sessiyalarda bu məsələdə də qətnamə halında müzakirəyə çıxarılacaq”.

B.Muradova yeni yaradılan Bakı Qrupunun taleyinin Minsk Qrupunun taleyinə bənzəməsini arzulamadığını vurğulayıb: “Biz arzu edirik ki, Bakı Qrupu işini tezliklə yekunlaşdırsın. Biz iki qardaş xalqın - rusların və ukraynalıların bir-birinə qarşı çıxmasını, nifrət bəsləməsini istəmirik. Biz artıq neçə illərdir ki, belə konfliktli hadisələri müşahidə edirik və artıq bunun acı nəticələri bizdə arzulamadığımız immuniteti yaradıb”.

B.Muradova Azərbaycanın yeni yaradılan missiya ilə bağlı təklifini də səsləndirib: “Biz Ukrayna böhranının tezliklə həllini görmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və böhranın sülh yolu ilə həllini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR