Abel Məhərrəmov: “Universitetinin önündə Rəsulzadəyə abidə qoyulması Təhsil Nazirliyi və digər qurumlarla müzakirə olunacaq”

Abel Məhərrəmov: “Universitetinin önündə Rəsulzadəyə abidə qoyulması Təhsil Nazirliyi və digər qurumlarla müzakirə olunacaq”
# 03 dekabr 2013 12:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bakı Dövlət Universitetinin önündə Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması Təhsil Nazirliyi və digər müvafiq qurumlarla birgə müzakirə olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru, deputat Abel Məhərrəmov deyib. O bildirib ki, Xalq Cümhuriyyətinin qurucularının adı əbədiləşməlidir: “Universitet hazırda heç kimin adını daşımır. Rəsulzadənin heykəli o universitetdə qoyular ki, orada onun adı olsun. Ancaq reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyyətinin qurucuları Bakı Dövlət Universitetinin də yaradılmasında tarixi xidmət göstəriblər. Universitetin yaradılması ilə bağlı təqribən 40 gün parlamentdə müzakirələr gedib”.

A. Məhərrəmovun fikrincə, ola bilsin Xalq Cümhuriyyətinin qurucularına hansısa abidə qoyulsun: “Konkret Məhəmməd Əmin Rəsulzadəyə, yoxsa Xalq Cümhuriyyətinin qurucularına ümumi bir abidə qoyulacağı məsələsi də müzakirələrdən sonra öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR