Azərbaycan cənubi afrikalı neft mütəxəssisləri yetişdirəcək

Azərbaycan cənubi afrikalı neft mütəxəssisləri yetişdirəcək
# 21 fevral 2014 14:38 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Cənubi Afrika Respublikasında neft və şist qazının hasilatında iştirak imkanlarını nəzərdən keçirir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Pretoriyada CAR xarici işlər naziri Maite Nkoana-Maşabane ilə birgə brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

“Biz müxtəlif variantları nəzərdən keçiririk. Həmçinin CAR-ın böyük enerji potensialının inkişafına kömək göstərilməsi ilə bağlı danışıqlar aparırıq”, - deyə E.Məmmədyarov vurğulayıb.

E.Məmmədyarov həmçinin Azərbaycanda cənubi afrikalı neft mütəxəssislərinin yetişdiriləcəyini bildirib.

Azərbaycanın CAR-la iqtisadi əlaqələrinə gəldikdə isə E.Məmmədyarov bu sahədə əməkdaşlığın ən yüksək səviyyədə olduğunu bildirib. Nazir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə bir neçə dəfə artaraq 100 milyon dollara çatıb.

Öz növbəsində M.Nkoana-Maşabane energetika, müdafiə, gəmiqayırma, təhsil və ticarət sahəsində əməkdaşlığı önə çəkib.

Görüşün yekunlarına dair nazirlər mütamadi siyasi məsləhətləşmələr haqqında memorandum imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR