«Azərpoçt»: İstənilən şəxs Azərbaycanın işğal olunmuş rayonların poçt şöbələri adından bütün dünyaya məktub göndərə bilər

«Azərpoçt»: İstənilən şəxs Azərbaycanın işğal olunmuş rayonların poçt şöbələri adından bütün dünyaya məktub göndərə bilər
# 10 sentyabr 2013 06:53 (UTC +04:00)

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, «Azərpoçt»un baş direktoru Qənbər Bəybalayev məsələ ilə bağlı bildirib ki, əvvəllər portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilib.

«Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır. Biz bu təbliğatın tərkib hissəsi olaraq işğal olunmuş rayonların kəndlərinin poçt şöbələrini yaradırıq. Bir qədər əvvəl Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verilib ki, oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər. Bölgələrdə məcburi köçkünlərin yaşadığı qəsəbələrdə bu istiqamətdə iş aparılır», - deyə baş direktor əlavə edib.

Qeyd edək ki, «Azərpoçt» vətəndaşların xidmətlərdən geniş şəkildə istifadə etməsi üçün www.azerpost.az portalında bütün xidmətləri ən sadə və izahlı şəkildə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR