Bakıda qutabxanada işləyən şəxsi bıçaqla hədələyib pulunu alan şəxs tutulub

Bakıda qutabxanada işləyən şəxsi bıçaqla hədələyib pulunu alan şəxs tutulub
# 02 noyabr 2013 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Binəqədi rayonunda quldurluqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-də Biləcəri qəsəbəsi Binəqədi şosesindəki qutabxanaya gəlmiş naməlum şəxs orada işləyən Quba rayon sakini Əminə Mirzəyevanı bıçaqla hədələyib 300 manatını alıb.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rabil Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR