Azərbaycan ərazisində qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq - VİDEO

Azərbaycan ərazisində qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq - <span style="color: red;">VİDEO
# 01 fevral 2014 09:53 (UTC +04:00)

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq, gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 2-7 dərəcə şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR