Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin birində  yanğın baş verib - FOTO - VİDEO

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin birində  yanğın baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 fevral 2014 20:50 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA- Bakının Suraxanı rayonunda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinə məxsus limandakı gəmilərin birində yanğın baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat verilib.

Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar ərazidəki insanları evakuasiya ediblər.

Nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı rayon hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın güclü olduğundan hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsindən də əlavə olaraq 4 yanğınsöndürən maşını və canlı qüvvəsi də cəlb olunub.

İlkin ehtimala görə, yanğına gəminin elektrik sistemində baş verən qısaqapanma səbəb olub. Yanğınsöndürənlər artan alovun qarşısını alaraq yanğın limandakı digər gəmilərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR