Yaqub Mahmudov: “Azərbaycanda bütün kütləvi məzarlıqlar üzərində abidələr qoyulmalıdır”

Yaqub Mahmudov: “Azərbaycanda bütün kütləvi məzarlıqlar üzərində abidələr qoyulmalıdır”
# 27 yanvar 2014 10:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanın hər yerində bütün kütləvi məzarlıqlar araşdırılmalı və onlar üzərində abidələr qoyulmalıdır”.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımın sənədləri Azərbaycan Xalq Cümhuriyyəti sayəsində bizim əlimizdə qalıb: “O zaman Fətəli Xan Xoyskinin başçılığı və göstərişi ilə qeyri-millətlərin nümayəndələrindən ibarət fövqəladə təhqiqat komissiyası xüsusi protokollar hazırlayıb və onların nəticəsində soyqırımı sənədləri bizim əlimizə çatıb. Ona görə də bu sənəd əsasında soyqırımlar keçirilən yerlərdə toplu məzarlıqlar aşkar edilib, onların hər biri muzeyə çevrilməli və orada abidələr qoyulmalıdır. Bununla da biz dünyaya öz sözümüzü deməliyik”.

Y.Mahmudov Quba məzarlığında aparılan işlər və orada 2 quyudan birində yaranan mövcud təhlükə ilə bağlı məsələyə də aydınlıq gətirib. İnstitut direktorunun sözlərinə görə, Quba məzarlığında çoxlu işlər görülüb və mükəmməl muzey yaradılıb: “Hamazaspın Qubaya səfəri zamanı öldürülənlər iki quyuya doldurulub. Amma Qubanın kəndləri, qəsəbələri viran edilmişdi. Buna görə də tarixi qoruyub saxlamaq üçün orada müəyyən işlər davam etdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR