Paşha Bank
Bank Of Baku

"Azenco"nun rəhbəri külli miqdarda mənimsəmə işi üzrə məhkəmədə şahid kimi dindirilib

"Azenco"nun rəhbəri külli miqdarda mənimsəmə işi üzrə məhkəmədə şahid kimi dindirilib
# 03 noyabr 2026 11:00 (UTC +04:00)

Azərbaycan Enerji Tikinti Quraşdırma ASC-nin ("Azenco") külli miqdarda mənimsəmədə ittiham olunan sabiq rəhbəri Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "Azenco”nun nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsinə əsas görmədilərini deyib.

Təqsirləndirlilən şəxs də vəsatətlə razı olmayıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra şahid qismində tanınan “Azenco” İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev ifadə verib. O, tərəflərin suallarını cavablayıb. Bildirib ki, təqsirləndirilən Vüqar Əliyevi 2023-cü ildən tanıyıb: "Məni Vüqar Əliyev işə götürüb, əmrimi o imzalayıb. Texniki avadanlıqların alınması ilə bağlı rəsmi sənədlərin hazırlanmasında birbaşa iştirak etməmişəm. Tikinti materiallarının xərclərinin köçürülməsi müqavilə əsasında olurdu. Mən 2025-ci ilə qədər şifahi olaraq Vüqar Əliyevə xərclərlə bağlı məlumat vermişəm. Səlahiyyətlərinə görə, heç kim ona xəbərdarlıq edə bilməzdi. İnzibati işləri idarə etsəm də, maliyyə məsələlərinə mən baxmırdım”.

Növbəti proses noyabrın 16-na təyin olunub.

İttihama əsasən, təqsirləndirilən Vüqar Əliyev 3 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham edilir.

Vüqar Əliyev 2022–2023-cü illərdə “Azenco” İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR