Liviya sahillərində ölən miqrantların sayı 133 nəfərə çatıb

Liviya sahillərində ölən miqrantların sayı 133 nəfərə çatıb
# 05 iyun 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Liviya sahillərində mühacirlərin olduğu gəminin batması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Liviya sahil mühafizəçiləri batan gəmini iyunun 2-də aşkar ediblər.

Gəminin Zuvara şəhəri yaxınlığında tapıldı bildirilir. Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, ölənlərin əksəriyyəti müxtəlif Afrika ölkələrindən olan qadınlardır, həmçinin sudan 5 uşağın meyiti çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR