Sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
# 07 sentyabr 2016 10:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR