Güclü yağışlardan sonra Göyçay rayonunun ərazisindən keçən Göyçay çayında suyun səviyyəsi artıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, nəticədə çayın sağ və sol sahilində yaşayan kənd sakinləri problemlərlə üzləşiblər. Problem ən çox rayonun Cəyirli kəndində özünü büruzə verib. Məcrasını dəyişərək kənd istiqamətinə yön alan su, sakinlərə məxsus pay torpaqlarını, əkin sahələrini, meyvə ağaclarını yarasız hala salıb.
Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən hazırda çayın müafizə zolağında bəndatma işləri görülür.