Xaçmaz sakini Bakıda kirayə yaşadığı evdən pul oğurlayıb

Xaçmaz sakini Bakıda kirayə yaşadığı evdən pul oğurlayıb
# 29 oktyabr 2015 09:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda kirayə yaşadığı evdən pul oğurlayan qadın tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Şabran rayon sakini İlhamə İmamovanın Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evindən 424 manat oğurlamış Xaçmaz rayon sakini Dilşad Kazımova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR