Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. TQDK-dan APA-ya verilən xəbərə görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
Bakalavrların nəzərinə çatdırılıb ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2016-cı ilin avqust ayında TQDK-nın internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.