Azərbaycanda lisenziyasız gübrə satışını həyata keçirən doqquz məntəqə aşkarlanıb

Azərbaycanda lisenziyasız gübrə satışını həyata keçirən doqquz məntəqə aşkarlanıb
# 10 aprel 2015 15:26 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, həmin satış məntəqələrində qeydiyyatdan keçməyən, istifadə müddəti bitən müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və s.) 25,5 kq pestisid dövriyyədən çıxarılıb, həmin məntəqələrin fəaliyyətləri dayandırılıb və qanunamüvafiq inzibatı tədbirlər görülüb.

Eyni zamanda yoxlama nəticəsində Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində ölkə ərazisində ammonium nitrat gübrəsinin dəyəri 6,50 manat olduğu halda 9 manata satıldığı aşkar edilib və satış məntəqəsinin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, həmin satış məntəqəsində 26 ton ammonium nitrat mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR