İrlandiyanın nüfuzlu idman portalı Avropa Oyunları barədə geniş məqalə dərc edib

İrlandiyanın nüfuzlu idman portalı Avropa Oyunları barədə geniş məqalə dərc edib
# 09 iyun 2015 07:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İrlandiyanın nüfuzlu “sportsnewsireland.com” idman portalı Bakı-2015 ilk Avropa Oyunları barədə geniş məqalə dərc edib. APA-nın məlumatına görə, yazıda oyunların məşəlinin Bakıya gətirilməsi, prezident İlham Əliyev və xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın estafet yürüşündə iştirakı xüsusilə qeyd olunur.

Müəllif Maykl O’Nil BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Bakı-2015-in idman direktoru Pirs O’Kallahanın fikirlərini də dərc edib. Bildirilir ki, oyunlar öncəsi keçirilən sınaq yarışları Bakının bu mötəbər idman tədbirinə yüksək səviyyədə hazırlığını nümayiş etdirdi. Maykl O’Nil Bakı-2015 ilk Avropa Oyunlarının İrlandiya ərazisində eksklüziv olaraq “Setanta Sports” kanalının yayımlayacağını nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR